Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb

75 düymlük “Xiaomi Mi TV 5” televizorları satışa çıxarılıb

Tarix: 12 Mart 2020 07:24

"Xiaomi" şirkəti ötən ilin noyabrında 55, 65 və 75 düym diaqonallı "Mi TV 5" və "Mi TV 5 Pro" seriyalı smart televizorlar nümayiş etdirib. 55, 65 düymlük modellər bir müddət əvvəl satışa çıxarılsa da, onların ən böyük ölçülərə malik olanları alıcılara indi təqdim olunur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 75 düymlük "Quantum Dot QLED" kvant pikselli ekranlarla təchiz edilən "Mi TV 5 Pro" televizoru "HDR10 " genişləndirilmiş dinamik diapazonu, "8K" formatlı videomaterialların emalını dəstəkləyir.

Yeni modellər 12 nanometrlik "Amlogic T972" prosessoru, eləcə də 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi" simsiz adapteri və s. ilə təchiz olunub.

75 düymlük "Mi TV 5" televizorunda isə kvant piksellər texnologiyasından istifadə edilməyib. Operativ yaddaş tutumu 3 giqabayt, quraşdırılmış yaddaş isə 32 giqabayt təşkil edir.

Hər iki modifikasiya "4К" (3840 × 2160 piksel) təsvir ölçüsünü dəstəkləyir. İstifadəçilər "Xiao AI" intellektual səsli yardımçı funksiyadan da yararlana bilərlər.

Martın 9-dan satışa çıxarılan 75 düymlük "Mi TV 5 Pro" modelinin qiyməti 1440 dollar, "Mi TV 5" versiyasının 1150 dollar təşkil edir.

Milli.Az


Etiketlər:  75 düymlük Xiaomi Mi TV 5 televizorları satışa çıxarılıb


RƏYLƏR