Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Waymo şirkəti yeni avtopilot sistemini təqdim etdi

Waymo şirkəti yeni avtopilot sistemini təqdim etdi

Tarix: 12 Mart 2020 08:08

Günü-gündən daha çox avtomobil istehsalçısı avtopilot sisteminin yaradılması ilə məşğul olur. Avtopilot sisteminin hazırlanması ilə məşğul olan və Alphabet holdinqinə məxsus olan Waymo şirkəti bu məsələdə daha da irəli gedib. Belə ki, şirkətin təqdim etdiyi yeni avtopilot sistemi kor zonalara nəzər yetirməyi və yüzlərlə metr ətraf məsafədə olan vəziyyəti təyin etməyi bacarır. Bu barədə Engadget saytı xəbər verib. Beləliklə uzun illər ərzində olmuş işdən sonra Waymo mühəndisləri özündə ən müasir texnologiyaları birləşdirən 5-ci nəsil avtopilot sistemini yarada biliblər. Həmin tenxlogiyalar avtomobilin ətrafında olan yüzlərlə obyekti analiz edə bilirlər.

Məlumatda qeyd edilib ki, şirkətin hazırladığı yeni avtopilot sistemindəki alqoritm kor zona anlayışından məhrumdur. Bu üsul ilə o, real avtomobil yollarında istiqamətlənmə məsələsində süni zəkaya yardımçı olur. Sözügedən yeni sistem avtomobilin yuxarısında yerləşdirilmiş lidardan ibarətdir. O isə öz növbəsində 360 dərəcə izləmə funksiyasına sahibdir. Bununla yanaşı avtomobilin kənarlarında 4 ədəd digər lidar quraşdırılıb və onlar yaxınlaşan obyektləri təyin etməyi bacarırlar. Piyadaların, yol hərəkəti işarələrinin, nəqliyyat dayanacaqlarının və digər obyektlərin təyin olunması üçün 360 Vision System sistemindən istifadə olunur.

Məlumata əsasən həmin sistem 500 metrdən çox məsafədə obyektləri effektiv şəkildə fərqləndirə bilir. Waymo şirkəti qeyd edib ki, əvvəlki nəsil avtopilot sistemlərindən fərqli olaraq yeni avtopilot sisteminin çalışma effektivliyini yüksəltməklə yanaşı həmçinin onun hazırlanma xərcini 2 dəfə azaltmaq da mümkün olub. Yeni avtopilot sistemini ilk əldə edəcək avtomobil isə Jaguar I-PACE olacaq. Sözügedən texnologiya ümumi istifadə üçün nəzərdə tutulmuş yollarda 32 milyon kilometr, kompüter simulyasiyasında isə 16 milyard kilometr yol testindən keçib. Waymo qeyd edib ki, o, ekstremal vəziyyətlərdə sürücünün sükan arxasında olmasına ehtiyac qalmadan avtomobilin tam avtonom şəkildə hərəkəti səviyyəsinə artıq çox yaxınlaşıb. Lakin buna baxmayaraq şirkət bu məsələdə heç bir konkret zaman göstəricisini bildirməyib.


Etiketlər:  Waymo şirkəti yeni avtopilot sistemini təqdim etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ