Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 08:48
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo komandanın düşərgəsinə qoşulmaqda problemlə üzləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bacısının doğum gününü qeyd etmək üçün Portuqaliyaya yollanan superulduz sabah İtaliyaya dönəcək.
Portuqaliya hökumətinin koronavirus xəstəliyinin sürətlə yayıldığı İtaliyaya uçuşları qadağan etməsi əfsanəvi oyunçunun işini çətinləşdirib. Lakin o, danışıqların yekununda şəxsi təyyarə ilə Turinə qayıtmaq üçün xüsusi icazə ala bilib.
Qeyd edək ki, İtaliyada bütün idman yarışları aprelin 3-dək təxirə salınıb. İtaliyada 12 mindən çox adam koronavirus epizdemiyasına yoluxub və onlardan 800-dən çox ölüb.