Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO)

Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO)

Tarix: 12 Mart 2020 12:45

Bakı. Trend:

Artıq 8 aydan çoxdur ki, paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində irəliləyişlər əldə olunub. Nərimanov rayonunda bu istiqamətdə xeyli iş görülüb, müsbət irəliləyişlər əldə olunub, tələbata uyğun miqdarda konteyner meydançası yaradılıb, yeni, müasir konteynerlər yerləşdirilib, sakinlər arasında lazımı maarifləndirici işlər aparılıb.

Nərimanov rayonundakı işlərin müvəffəqiyyəti layihənin artıq digər rayonlara tətbiq edilməsinə şərait yaradıb. Layihənin növbəti mərhələsinə keçidlə bağlı Mott MacDonald şirkətinin rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahahlar konsepsiyasının rəhbərlərindən biri cənab Devid Dray paytaxtımıza gəlib. Bakı Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə layihənin birinci mərhələsinin yekunları, bu il üçün görüləcək işlər, növbəti 2 və sonrakı illər üçün nəzərdə tutulan konsepsiya və digər suallar müzakirə olunub.

Görüşdən sonra cənab Devid Dray Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzində mətbuat nümayəndələrinə bu barədə məlumat vermiş və jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Devid Dray bildirmişdir ki, layihə Bakı şəhərində sıfır mərhələsindən başlamasına baxmayaraq əldə olunan ilkin nəticələrini uğurlu saymaq olar. Bakı son illərdə xeyli inkişaf edib, əhalisinin sayı artıb. Onun böyük əraziyə malik olmasına baxmayaraq şəhər çox təmizdir. Əsas məsələ bu təmizliyi qoruyub inkişaf etdirməkdir.

Qonaq müqayisə üçün qeyd etdi ki, Birləşmiş Krallığın paytaxtı London şəhərində 20 ildən çox müddətdə icra edilən layihədə təkrar emal üçün çeşidlənən tullantıların həcmi 40 faiz olub. Bakının Nərimanov rayonunda isə 8 ay ərzində bu istiqamətdə görülən işlər nəticəsində bu rəqəm 26-35 faiz olaraq son vaxtlarda 40 faizə çatmış, kağız və karton tullantıları 25 faiz olmuşdur ki, bu da çox yaxşı nailiyyət sayılmalıdır. Əgər layihənin icrasinin ilk vaxtlarında gündəlik olaraq 6-7 ton təkrar emala gedən tullantı yığılırdısa, hazırda bu rəqəm 22-24 tona çatıb.

Bu ilin aprelindən mərhələli qaydada daha 3 rayonun – Nizami, Nəsimi və Yasamal və sonrakı illərdə isə digər rayonların da mərhələli şəkildə bu layihəyə cəlb olunması nəzərdə tutultur.

Eyni zamanda bir sira çatışmamazlıqlarda mövcuddur. Bu bəzi sakinlərin laqeydliyi, tullantıları hara gəldi atması bu hallardandır ki, onları da geniş maarifləndirmə və izahetmə işləri ilə aradan qaldırmaq olar. Həmçinin çeşidlənmiş tullantıların oğurlanaraq müxtəlif qəbul məntəqələrinə təhvil verilməsi halları da qeydə alınıb və bu məsələlər hüquq-mühafizə orqanlarının nəzərinə çatdırılıb.

Layihənin həyata keçirildiyi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birlitinin rəisi Elçin Həşimov bildirmişdir ki, layihənin həyata keçirilməsi istiqamətində rayonda bir sıra işlər görülüb. Həmçinin ətraf mühitin çirklənmədən qorunması üçün çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər Kommunat Təsərrüfatı Xidmətləri üçün müasir tələblərə tam cavab verən 32 ədəd kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, onlradan fəal istifadə edilir.

Bildirildi ki, nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi Bakı şəhərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdıracaq, ətraf mühitə böyük müsbət təsir göstərərək həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcəkdir.

Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib (FOTO) - Gallery Image


Etiketlər:  Britaniyalı mütəxəssis Bakıdakı layihənin gedişini yüksək qiymətlətləndirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ