Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə düşdü

Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə düşdü

Tarix: 12 Mart 2020 12:46

"Böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış mərasimi təxirə düşüb".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Onun sözlərinə görə, açılış mərasimi mart ayına nəzərdə tutulsa da, təxirə salınıb:

"Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir".

X.Əhmədov qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı may ayına planlaşdırılır.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq.

Milli.Az


Etiketlər:  Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı koronavirusa görə təxirə düşdü


RƏYLƏR