Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 15:08
UEFA prezidenti Aleksander Çeferin İtaliyanın "İnter" və "Roma" klublarının Avropa Liqasını tərk etmələrini xahiş edib.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, qurum rəhbəri turnirin davam etdirilməsi üçün bunun vacib olduğunu klubların diqqətinə çatdırıb. O, hesab edib ki, Avroliqanın vaxtında bitməsi Avro-2020-nin planlaşdırıldığı kimi bu yay keçirilməsinə kömək edəcək. Ancaq İtaliya təmsilçiləri bu təklifi dərhal rədd ediblər.
Qeyd edək ki, Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" - "Roma" və "İnter" - "Xetafe" matçları koronavirusa görə təxirə salınıb.