Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 08:48
Bakı. Trend:
Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub.
Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində gəmilərdən biri batıb və onun göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Gəminin kapitanı xilas edilib.
Qeyd edilir ki, qəza gecə saatlarında duman səbəbindən baş verib. Batan gəmi 1.6 min tona yaxın polad daşıyırmış və Osakaya gedirmiş.
Hazırda sahil mühafizəsi qayıqlar və helikopterlər vasitəsilə itkin düşənlərin axtarışlarını aparır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin