Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 May 2019 14:32
"Trabzonspor"un futbolçusu Olcay Şahan komandadan ayrılıb.
Qol.az xəbər verir ki, Türkiyə millisinin üzvü klubla başa çatan müqaviləsini uzatmayıb. 31 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında "bordo-mavililər"lə vidalaşıb.
Qeyd edək ki, 2017-ci ilin yanvarında "Beşiktaş"dan "Trabzonspor"a keçən O.Şahan 71 oyuna 8 qol vurub, 19 qol ötürməsi edib.