Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 08:50
İtaliyanın "Sampdoriya" klubunun daha dörd futbolçusu koronavirusa yoluxub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bunlar müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Albin Ekdal, cinah oyunçusu Morten Torsbi, eləcə də hücumçu Antonio La Quminadı. Onların hamısından götürülmüş test müsbət nəticə verib. Bundan başqa, komandanın həkimi Amedeo Baldaridə də koronavirus aşkarlanıb.
Xatırladaq ki, daha öncə "Sampdoriya"nın digər hücumçusu Manolo Qabbiadini də koronavirusa yoluxmuşdu.