Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Çində ən məşhur olan saxta smartfon modelinin adı məlum oldu

Bu il Çində ən məşhur olan saxta smartfon modelinin adı məlum oldu

Tarix: 14 Mart 2020 08:56

Mobil cihaz bazarında yeni modellər ilə birlikdə onların saxta versiyalarının sayları da artır. Master Lu adlı bençmark saytının yaradıcıları çinli istifadəçilər tərəfindən test olunmuş saxta smartfon modellərinin reytinqini tərtib ediblər. Sözügedən reytinqin tərtib olunması zamanı həm ayrı-ayrı brendlərin smartfonları həm də istifadəçilərin daha çox üstünlük verdikləri modellər nəzərə alınıb.

Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə tərtib edilmiş reytinqə əsasən mart ayı üçün istifadəçilər arasında ən məşhur saxta model iPhone 8 olub. Keçən il bu smartfon reytinqdə ikinci yeri tutumuşdu. Bu ilki reytinq cədvəlində ikinci yeri Samsung W2018, üçüncü yeri isə Samsung W2019 modeli tutub. Reytinqin ilk top beşliyinə həmçinin iPhone XS Max və Samsung Galalxy S10+ daxil olublar.

Sonrakı yerləri bir qayda olaraq Honor 9, Galaxy S8+, OnePlus 7 Pro, Xiaomi Mi 6 və Galaxy S8 smartfonları tutublar. Saxta cihazlara tələbat məsələsində faiz göstəricisinə görə bençmarkda qeydiyyatdan keçmiş bütün saxta smartfonlar üzrə Apple məhsullarının payı 29.54% təşkil edib. Bu məsələdə Samsung-un payı 26.44%, Xiaomi-nin payı 9.83%, Honor-un payı 6.10% təşkil edir.


Etiketlər:  Çində məşhur olan saxta smartfon modelinin adı məlum oldu


RƏYLƏR