Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 15:51
2019-cu ildə ABŞ-da satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb. “TechCrunch” nəşrinin məlumatına görə, bu göstərici bu qurğuların qlobal satış səviyyəsini göstərir.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 2019-cu ilin ikinci yarısında “LG”, “OnePlus” və “Samsung” şirkətləri tərəfindən satılmış 5G smartfonların sayı ilin ilk yarısı ilə müqayisədə 9 dəfə artıb. 2019-cu ildə qlobal bazara 5G texnologiyasını dəstəkləyən 13,5 milyon smartfon çıxarılıb, 2020-ci ildə bu göstərici 236 milyonadək arta bilər. Bu halda nəşr yazır ki, araşdırma koronavirus infeksiyasının pandemiya kimi elan edilməsindən öncə aparılıb.
Bundan başqa, ABŞ-ın 10 istifadəçisindən 9-u 5G texnologiyasının mövcudluğu haqqında məlumatlıdır.
İndi 5G şəbəkələri yalnız ABŞ, Çin və Cənubi Koreyanın bəzi ərazilərində sınaq dövründə işləyir.
Emil Hüseynov