Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 18:00
74 yaşında dünyasını dəyişən Xalq artisti Rafael Dadaşovla vida mərasimi keçirilməyəcək.
Sonxeber.net xəbər verir ki, bu haqda Axşam.az-a aktyorun yaxınları deyib. Bildirilib ki, buna səbəb hazırda teatrların fəaliyyətinə müvəqqəti fasilə verilməsidir.
Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə ölkədə bir çox əyləncə, təhsil müəssisələri fəaliyyətini dayandırıb.
Deyilib ki, R.Dadaşovla vidalaşmaq istəyənlər sabah II Fəxri xiyabanı gəlsinlər. Aktyor saat 14:00-da evindən götürüləcək.
Hazırda mərhumun nəşi yuyulmaq üçün məscidə aparılıb.