Tarix: 27 May 2019 13:20
Yeni mövsümdə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək "Neftçi" və "Səbail"in potensial rəqiblərinin sayı artıb. Qol.az xəbər verir ki, ötən həftə sonu keçirilən matçlardan sonra təmilçilərimizin daha 7 mümkün rəqibi müəyyənləşib. Burda ümumilikdə 36 komandanın adı dəqiq olsa da, onlardan ikisi Ermənistan təmsilçisi olduğu və məlum səbəblərdən bu ölkənin komandaları ilə Azərbaycan klubları qarşılaşmadığı üçün potensial rəqib sayı da 34-dür.
Səpələnmişlər səbətində yer alacaq təmsilçilərimiz səpələnməmişlərdən biri ilə üz-üzə gələcək.
"Neftçi" və "Səbail"in mümkün rəqibləri
"Universitatea Krayova” (Rumıniya), “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torshavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Mura” (Sloveniya), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub”, “Speranta” (hamısı Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira Yunayted”, “Baltsan”, “Hibernians” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnaxs Kuey” (Uels), “Banants”, “Şkupi”, “Akademiya Pandev”, “Makedoniya Qörçe Petrov” (Makedoniya), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva), “Zeta” (Çernoqoriya).
Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.