Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 17:39
Əməkdar artist Çingiz Əhmədov ötən gün 74 yaşında vəfat edən Xalq artisti Rafael Dadaşovla bağlı "Şou ATV"də danışıb.
Sonxeber.net xəbər verir ki, aktyor xərçəng xəstəsi olan Rafael Dadaşova tez-tez zəng edib səhhətini soruşduğunu desə də görməyə getmədiyini bildirib.
Çingiz Əhmədov səbəbini belə izah edib:
"Oğlum dedi gedək baş çəkək. Mən istəmədim o vəziyyətdə onu gedək görək. Mən zəng elədim ikinci qızı ilə telefonla danışdım, dedi "Çingiz müəllim, bilir zəng eləmisiniz, amma danışa bilmir". Siz görün nə halda idi. Mən gedib dəysəm ona, o abu-havanı görsəm, necə olardı. Ona görə mən o məsafəni saxladım. İstədim həmişə qəlbimdə Rafael elə qalsın".
Təhməz Təkin