Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 11:54
İngiltərə Premyer Liqasının qalan oyunları azarkeşsiz və neytral meydanda keçirilə bilər.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi qarşıdakı 92 matçın ABŞ-ın Midlend şəhərində oynanılmasını müzakirə edir.
Gün ərzində bir neçə oyunun keçirilməsi mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır. Qərarın stadionlarda hakimlərin və polislərin sayını azaltmağa kömək edəcəyi bildirilib.
Xatırladaq ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb.