Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 12:28
Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 80 nəfəri keçib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsindən bildirib.
Qeyd olunur ki, sutka ərzində virusa yoluxanların sayı 6 nəfər olub və 84 nəfərə çatıb.
2 nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.