Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2019-cu ildə satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb

2019-cu ildə satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb

Tarix: 19 Mart 2020 07:24

2019-cu ildə ABŞ-da satılmış smartfonların 1%-dən az hissəsi 5G qurğuların payına düşüb. "TechCrunch" nəşrinin məlumatına görə, bu göstərici bu qurğuların qlobal satış səviyyəsini göstərir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, 2019-cu ilin ikinci yarısında "LG", "OnePlus" və "Samsung" şirkətləri tərəfindən satılmış 5G smartfonların sayı ilin ilk yarısı ilə müqayisədə 9 dəfə artıb. 2019-cu ildə qlobal bazara 5G texnologiyasını dəstəkləyən 13,5 milyon smartfon çıxarılıb, 2020-ci ildə bu göstərici 236 milyonadək arta bilər. Bu halda nəşr yazır ki, araşdırma koronavirus infeksiyasının pandemiya kimi elan edilməsindən öncə aparılıb.

Bundan başqa, ABŞ-ın 10 istifadəçisindən 9-u 5G texnologiyasının mövcudluğu haqqında məlumatlıdır.

İndi 5G şəbəkələri yalnız ABŞ, Çin və Cənubi Koreyanın bəzi ərazilərində sınaq dövründə işləyir.


Etiketlər:  2019 ildə satılmış smartfonların dən hissəsi qurğuların payına düşüb


RƏYLƏR