Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

Tarix: 19 Mart 2020 17:30

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə hökumət başçılarının qarşılıqlı razılığına əsasən, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin 2020-ci il 18 mart saat 00.00-dan etibarən müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib.

"Azərbaycan Dəmir Yolları" QSC Milli.Az-a verilən məlumata əsasən, bununla əlaqədar martın 21-dən Bakı-Kiyev-Bakı sərnişin qatarının və martın 26-dan Bakı-Moskva-Bakı və Bakı-Rostov-Bakı sərnişin qatarlarının hərəkəti xüsusi göstərişədək müvəqqəti olaraq dayandırılır.

Nəzərinizə çatdırırq ki, Bakı-Rostov sərnişin qatarı Bakıdan axırıncı dəfə martın 22-si saat 3:25-də yola düşəcək. Bu qatara yalnız Rusiya vətəndaşlarına bilet satılır.

Milli.Az


Etiketlər:  Azərbaycandan Rusiya ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ