Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Space X kosmik proqramını yenə taxirə saldı

Space X kosmik proqramını yenə taxirə saldı

Tarix: 19 Mart 2020 23:20

Space X şirkətinə məxsus Falcon 9 raketi beşinci uçuşuna bir neçə saniyə qalmış fövqəladə vəziyyət yaranıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, geri sayım başlayarkən yanacaq tədarükü kəsilib.

"Uçuş reallaşmayacaq. Start avtomatik sistem tərəfindən ləğv edildi", - deyə şirkətdən bildirilib.

Növbəti uçuş tarixi hələ ki, açıqlanmayıb.

Məlumat üçün bildirək ki, SpaceX, Falcon 9 raketi ilə 60 Starlink peyklərinin yeni partiyasını kosmosa buraxacağını planlaşdırır. Peyklər vasitəsilə Yer kürəsində genişzolaqlı internetin tətbiq olunması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Space X kosmik proqramını yenə taxirə saldı


RƏYLƏR