Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bundesliqada yeni klub

Bundesliqada yeni klub

Tarix: 28 May 2019 01:04

Almaniya Bundesliqasına vəsiqə üçün "Ştutqart" və "Yunion Berlin" arasında pley-offun cavab matçı keçirilib.

Qol.az xəbər verir ki, Bundesliqanı 16-cı pillədə tamamlayan "Ştutqart" evdə keçirdiyi ilk oyunda 2-ci Bundesliqa klubu ilə 2:2 hesablı heç-heçə etmişdi. Cavab görüşündə isə hesab açılmayıb.

Beləliklə, Berlin təmsilçisi səfərdə vurduğu qollara görə Bundesliqada oynamaq hüququ qazanıb. "Ştutqart" isə gələn mövsümdən 2-ci Bundesliqada çıxış edəcək.

Qeyd edək ki, "Yunion Berlin" Bundesliqaya ilk dəfə vəsiqə qazanır.

 


Etiketlər:  Bundesliqada yeni klub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ