Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 13:57
Bütün dünyanın həyəcana salan koronavirusu, 74 ölkəyə yayılıb. Koronavirusundan qorunmaq üçün zəruri tədbirlərdən biri dezinfeksiya mayeləri doğru halda istifadə etməkdir.
Əllərimizi bol miqdarda su və sabunla minimum 30 saniyə boyunca yumaq, su tapa bilmədiyimiz hallarda isə, dezinfeksiya mayesindən istifadə etmək koronavirusundan qorunmanın ən asan və ən effektiv üsullarındandır.
Dezinfeksiya mayelərinin əllərimizdə olan bakteriya və mikrobları öldürə bilməsi üçün tərkibində mütləq etil ya da izopropil spirt olmalıdır.
Koronavirusu kimi yoluxucu epidemiyalardan qorunmaq üçün istifadə etdiyimiz bu dezinfeksiya məhlullarının spirt nisbəti ən azı 80% olmalıdır. Daha az dərəcədə spirti olanlar təəssüf ki, bakteriyaları və mikrobları öldürmək üçün kifayət etmir. Yüksək nisbətdəki spirt, mikrobların və bakteriyaların xarici qatlarına zərər verərək onları öldürür. Beləliklə hər hansı bir səbəbdən əllərimizə keçən mikrob və bakteriyalar bədənimizdə özlərinə yer əldə edə bilmirlər.
Dezinfeksiya mayeləri istifadə etmək əlləri 25 saniyə boyunca sabunla yumaqdan daha effektiv deyil, buna görə fürsətiniz olduqca əllərinizi yumağı tövsiyə edirik. Sabunlu suyun əvəzinə, dezinfeksiya məhlulu çirki və yağı həll etmə xüsusiyyətləri yoxdur. Buna görə də əlləriniz çirkliykən istifadə etdiyiniz dezinfeksiya məhlulunun bir faydası olmayacaq.Deyerler.org