Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlayan şəxs saxlanılıb

Bakıda mağazadan 200 min manatlıq ərzaq oğurlayan şəxs saxlanılıb

Tarix: 21 Mart 2020 15:00

Bakı. Trend:

Bakıda mağazadan oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birindən oğurluğa cəhd göstərən oranın keçmiş işçisi olan Ucar rayon sakini K.Hüseynov saxlanılıb.

Araşdırma nəticəsində onun 2019-cu il dekabr ayının 10-dan cari il mart ayının 19-dək olan müddətdə həmin marketin anbarından naməlum şəxslərlə birgə 200 000 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.


Etiketlər:  Bakıda mağazadan manatlıq ərzaq oğurlayan şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ