Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qala sığorta'' və ''Qala Həyat'' sığorta şirkətləri COVID-19-a qarşı mübarizəyə 200 000 manat ayırdı

''Qala sığorta'' və ''Qala Həyat'' sığorta şirkətləri COVID-19-a qarşı mübarizəyə 200 000 manat ayırdı

Tarix: 21 Mart 2020 18:48

Bakı. Trend:

“Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərindən kənarda qalmayaraq bu mübarizəyə maliyyə dəstəyi göstərmək qərarını alıb.

Trend-in məlumatına görə, bu məqsədlə “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı əsasında yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrılıqda 100 000 AZN, ümumilikdə 200 000 AZN məbləğində vəsait köçürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.


Etiketlər:  Qala sığorta Qala Həyat sığorta şirkətləri COVID qarşı mübarizəyə manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ