Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın şimalında rekord dərəcədə isti qeydə alınıb

Yaponiyanın şimalında rekord dərəcədə isti qeydə alınıb

Tarix: 28 May 2019 06:20

Bakı. Trend:

Yaponiyanın Hokkaydo prefekturasında havanın temperaturu 39 dərəcəyə yüksəlib.

Trend-in "News On Japan"a istinadən verdiyi məlumata görə, bu, müşahidələrin bütün tarixi ərzində may ayında bu ərazidə qeydə alınan ən yüksək temperaturdur.

Metereoloqlar hesab edirlər ki, havanın bu dərəcədə isti olması bu əraziyə isti hava kütləsinin tez gəlməsi olub. Adətən, bu proses avqust ayında baş verirdi.

Bildirilir ki, ölkənin digər ərazilərində havanın temperaturu 35 dərəcəyə qədər artıb, Tokioda isə 32,6 dərəcə təşkil edib və bu da öz növbəsində bir rekord göstəricidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yaponiyanın şimalında rekord dərəcədə isti qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ