Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 23:42
Bakı. Trend:
Gəncə avtomobil zavodu İstehsalat Birliyi Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib.
Trend-in məlumatına görə, bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb.
Bildirilir ki, müəssisə koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə köməklik məqsədilə dəstək göstərir.