Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 23:56
Gəncə avtomobil zavodu İstehsalat Birliyi Azərbaycan Respublikasi Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat ianə edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə məlumatı müəssisənin mətbuat xidməti yayıb.
Bildirilir ki, müəssisə koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə köməklik məqsədilə dəstək göstərir.