Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 14:38
"Barselona" futbolçusu Antuan Qrizmannı satmağa qərar verib.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun fransalı oyunçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilib.
Qeyd olunub ki, "Barselona" növbəti mövsüm üçün heyətini gücləndirmək istəyir. Ancaq koronavirus pandemiyası səbəbindən klub transferlərə mümkün qədər az pul xərcləməyi planlaşdırır. Kataloniya təmsilçisinin 29 yaşlı futbolçunu sataraq transferlər üçün pul ayırmağı düşündüyü vurğulanıb.
Qeyd edək ki, Qrizmman bu mövsüm 26 matçda oynayıb.