Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 18:21
Bakı. Trend:
Day.Az Media Şirkəti və Trend Beynəlxalq İnformasiya Agentliyi ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə qoşulub.
Azərbaycanın aparıcı KİV-lərindən sayılan həmin qurumlar Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna hər biri 50 min manat vəsait köçürüblər.
Day.Az Media Şirkəti və Trend Beynəlxalq İnformasiya Agentliyi dövlət tərəfindən görülən tədbirləri korporativ sosial məsuliyyət öhdəliklərindən irəli gələrək qürurla dəstəkləyir.