Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2020 21:00
Ombudsman Aparatı COVID-19-a qarşı mübarizə üzrə dəstək kampaniyasına qoşulub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulur və bu ümummilli məsələdə dövlətin həyata keçirdiyi yüksək təhlükəsizlik tədbirlərini, atdığı qətiyyətli addımları dəstəkləyərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat məbləğində vəsait köçürür.
Ombudsman Aparatı, həmçinin bütün insanları infeksiyaya qarşı preventiv tədbirlərin şərtlərinə ciddi əməl etməyə çağırıb. Bildirilib ki, bütün dünyanın koronavirusa qarşı mübarizə apardığı bu dövrdə xalqımız həmrəy olmalı, müvafiq göstəriş və tövsiyələrə tam riayət etməlidir.