Tarix: 23 Mart 2020 18:48
“Tottenhem"in futbolçusu Tobi Alderveyreld koronavirusla mübarizə aksiyasına qoşulub.
Qol.az xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi şəxsi Tvitter səhifəsində məlumat yayıb. Belçikalı oyuncu xəstələrin videobağlantı vasitəsilə ailələri ilə rahat danışmaq üçün onlara planşet bağışlayacağını qeyd edib:
"Kim kömək edə bilirsə, xahiş edirəm, etsin. Hər kəs güvəndə olsun. Virus bir çox ehtiyac yaradır. Xüsusən də insanlarla ünsiyyətdən uzaq qalırıq. Xəstə olanlar dostlarını və ailələrini görə bilmir. Buna görə də mənim bir planım var. Xəstəxanalara və karantin evlərinə çoxlu planşet alıb, göndərmək istəyirəm. Beləliklə, insanlar sevdikləri ilə videobağlantı vasitəsi ilə danışa və bu çətin dövrü birlikdə geridə qoya bilər".