Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BBAK: Bu günə qədər 1715 sərnişin biletini geri qaytarıb

BBAK: Bu günə qədər 1715 sərnişin biletini geri qaytarıb

Tarix: 25 Mart 2020 15:00

Bakı. Ceyhun Ələkbərov – Trend:

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qabaqcadan satış kassaları vasitəsilə, eləcə də onlayn qaydada öncədən bilet alan sərnişinlər biletləri qaytaran zaman ödədikləri məbləğ heç bir komisyon muzdu tutulmadan sərnişlərə geri qaytarılır.

Trend-in məlumatına görə, bunu açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, bu günə qədər 1715 sərnişin artıq biletini geri qaytarıb:

“Digər sərnişinlər də 29, 30, 31 mart tarixlərində onlar üçün ayrılacaq xüsusi kassalara yaxınlaşıb biletləri geri qaytara bilərlər. Qeyd edək ki, qaydaya əsasən, biletini onlayn qaydada əldə edən sənişinlər gedişdən imtina etdiyi zaman ödənilən məbləğ 7-30 iş günü müddətində onların hesabına geri köçürülür. Mövcud vəziyyətlə əlaqədar olaraq, onlayn qaydada bilet alan sərnişinlər də kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini və əməliyyat kodunu təqdim etməklə ödənilən məbləği nağd şəkildə ala bilər”.


Etiketlər:  BBAK günə qədər 1715 sərnişin biletini geri qaytarıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ