Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dad və qoxu hissini itirmişəm'' - Maldini

''Dad və qoxu hissini itirmişəm'' -  Maldini

Tarix: 25 Mart 2020 16:20

"Mən yaxşıyam. Xəstəliyin ən pis dövrünü geridə qoymuşam. Amma hələ öskürək var".

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Milan"ın idman direktoru Paolo Maldini deyib. Koronavirusa yoluxan əfsanəvi futbolçu bu virusun əlamətlərindən danışıb. O qeyd edib ki, tam yaxşılaşmasa da, özünü normal hiss edir:

"Dad və qoxu hissini itirmişəm. Ümid edirəm ki, tezliklə bunlar da düzələcək. Koronavirus bir az xoşagəlməz qripə oxşayır. Lakin bu, adi qrip deyil. Mən öz orqanizmimi bilirəm. Ağrılar xüsusilə güclü hiss olunur. Sinəndə təzyiq hiss edirsən. İlk simptomlarını martın 5-də hiss etdim. Dizlərimdə və əzələmdə ağrılar vardı. Hərarətim isə 38-dən çox deyildi. Ertəsi gün məşq üçün bazaya getməli idim. Lakin evdə qalmağa məcbur oldum".

Xatırladaq ki, Paolo Maldininin oğlu Daniel Maldini də koronavirus epidemiyasına yoluxub.

 


Etiketlər:  qoxu hissini itirmişəm Maldini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ