Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boeing-737 MAX təyyarələrinin istehsalı bərpa olunacaq

Boeing-737 MAX təyyarələrinin istehsalı bərpa olunacaq

Tarix: 26 Mart 2020 08:08

ABŞ prezidenti Donald Tramp "Boeing-737 MAX" təyyarələrinin istehsalını bərpa edəcəklərini bildirib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda "Reuters" informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən, sözügedən təyyarələrin istehsal prosesinin may ayına qədər bərpa edilməsi planlaşdırılır. Lakin bəzi mənbələrdə dünyanı cənginə alan COVID 19 pandemiyasına görə, təyyarə istehsalının bir qədər gecikəcəyi də bildirilir.

Qeyd edək ki, ötən ilin dekabr ayında Boeing şirkəti 737 MAX təyyarələrinin istehsalını dayandırdığını elan etmişdi.

Sözügedən təyyarənin istehsalının dayandırılmasına 2019-cu il martın 10-da Efiopiyada 157 nəfərin, 2018-ci ilin oktyabrın 29-da isə İndoneziyada 189 nəfərin ölümünə səbəb olan qəzalardan sonra qərar verilib. İstehsalçı şirkət hər iki hadisədə təyyarələrin manevr qabiliyyətini tənzimləyən sistemdə nasazlıq yarandığını etiraf edib.

Xatırladaq ki, bu iki ağır qəza hadisəsindən sonra bir neçə ölkə sözügedən təyyarənin alışını dayandırıb.


Etiketlər:  Boeing təyyarələrinin istehsalı bərpa olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ