Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 14:24
Bakı. Trend:
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin kollektivi koronavirusla mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq Azərbaycanda fəaliyyət göstərən etnik icmaların yaşlı üzvlərinə maddi yardım aksiyası keçirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, mart ayının 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları tərəfindən ölkəmizdə əsrlər boyu sülh və əmin-amanlıq şəraitində bir ailə kimi birgə yaşayan etnik qrupların yaşlı nümayəndələrinə, onların yaşadıqları mənzillərdə Mərkəzin maliyyə vəsaiti hesabına gündəlik təlabat vasitələri olan qida məhsullarından ibarət bağlamalar təqdim edilib.