Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 19:12
Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi (Rospotrebnadzor) Novosibirskdəki Vektor İnstitutunun alimlərinin koronavirusun ilk mikroskopik görüntülərini çəkməyi bacardıqlarını açıqlayıb.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, Rospotrebnadzor-un açıqlamasına görə, rusiyalı alimlər koronavirusun ilk şəkillərini keçirici elektron mikroskop JEM 1400-də istifadə olunan mənfi kontrast üsulu ilə çəkməyə müvəffəq olublar.
Hər hissəciyin ölçüsünün 100-120 nanometr olduğu qeyd edilib.