Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Yuventus'' və PSJ-nin prezidentləri Bakıda

''Yuventus'' və PSJ-nin prezidentləri Bakıda

Tarix: 29 May 2019 09:56

"Yuventus"un prezidenti Andrea Anelli Avropa Liqasının finalını Bakı Olimpiya Stadionunu izləyəcək.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Çelsi" və "Arsenal" arasındakı finalın VİP-qonaqları arasında olacaq.

İtaliya mətbuatı iddia edib ki, klub rəhbərinin Bakıya səfərinin məqsədi "Çelsi"nin baş məşqçisi Maurisio Sarri ilə görüşməkdir. İddia olunur ki, 60 yaşlı mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək istəyən Anelli onunla əyani olaraq görüşəcək.  Final oyununun Sarrinin London klubunda son matçı olacağı vurğulanır.

A.Anelli ilə yanaşı, PSJ-nin prezidenti Nasser-El Xelafi də Bakıda olacaq. O, paytaxtımızda bu gün keçiriləcək  UEFA İcraiyyə Komitəsinin  iclasındə iştirak edəcək.El-Xelafinin final oyununu da izləyəcəyi gözlənilir.

Qeyd edək ki, həlledici matç bu gün yerli vaxtla saat 23:00-da başlayacaq.

 


Etiketlər:  Yuventus prezidentləri Bakıda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ