Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın qrip dərmanı koronavirusa qarşı yaxşı təsir edir

Yaponiyanın qrip dərmanı koronavirusa qarşı yaxşı təsir edir

Tarix: 26 Mart 2020 19:21

Koronavirusu yoluxması dünyada 200 mini aşdı. Çinli rəsmilərin jurnalistlərə verdiyi şərhlərdən yığılan hesabatlara görə, virus üçün ola biləcək bir müalicə olaraq istifadə edilə biləcək dərmanın varlığından bəhs edildi. Şərhlərə görə Çində klinik təcrübələrə tabe olan Yaponiya istehsalı qrip dərmanı koronavirus xəstəliyi olanların sağalmasında təsirli köməkçi oldu.

Favipiravir adı ilə tanınan dərman, koronavirusu olan xəstələrin müalicəsində istifadə edildi. Avigan adı altında da satılan və 2014-cü ildə Yaponiyada Toyama Chemical şirkəti tərəfindən hazırlanmış dərman, bir antivirus kimi də tanınır. Rəsmilər tərəfindən Çinin Uxan və Şenzen şəhərlərində təxminən 200 xəstənin dərmanı sınağa alındığı da bildirilib.

Sınaqlardan çıxan nəticələri bildirən Çin hökumətinin Milli Biyotexnoloji Mərkəzinin direktoru Janq Sinmin, idarə qrupundakı xəstələrin 11 gün yerinə orta hesabla 4 gün ərzində virus analizinin nəticələrinin mənfi olduqlarını bildirdi. Janq, çərşənbə axşamı günü mətbuat konfransında jurnalistlərə verdiyi bildirişdə dərmanın çox etibarlı və təsirli olduğunu söylədi və dəqiq əks təsirinin olmadığını əlavə etdi. 


Etiketlər:  Yaponiyanın qrip dərmanı koronavirusa qarşı yaxşı təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ