Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2020 21:30
Azyaşlı 16 saat koronavirusdan ölən anasının meyiti yanında qalıb.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, hadisə ABŞ-ın Vircinya ştatında qeydə alınıb.
Xəstəxanada həkim işləyən qadın ölümündən əvvəl koronavirus testi verib və onun nəticələri müsbət çıxıb.
Qadının meyiti 16 saat sonra tapılıb və bu müddət ərzində azyaşlı uşağı da onun yanında olub.
Hadisə ilə əlaqədar bütün tibbi heyətə yoluxma ehtimalı ilə bağlı xəbərdarlıq edilib.