Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mikayıl Cabbarov: Azərbaycanda spirt istehsalı bütün ehtiyacı ödəyəcək qədərdir

Mikayıl Cabbarov: Azərbaycanda spirt istehsalı bütün ehtiyacı ödəyəcək qədərdir

Tarix: 26 Mart 2020 23:00

Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni istehsala başlayıblar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziyi Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, istehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir:

"Hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

Qeyd edək ki, martın 26-da Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib.

İclasda xüsusi karantin rejiminin tətbiqi və vətəndaşların rejimin tələblərinə əməl etməsinə dair vəziyyət, vətəndaşların müraciətləri əsasında qaldırılmış məsələlər müzakirə olunub.

Bundan əlavə xaricdən gələn vətəndaşların təxliyəsi, karantin yerlərində vəziyyət, xəstələrin müalicəsi kimi məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.


Etiketlər:  Mikayıl Cabbarov Azərbaycanda spirt istehsalı bütün ehtiyacı ödəyəcək qədərdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ