Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli Məclis Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulmasını müzakirə edəcək

Milli Məclis Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulmasını müzakirə edəcək

Tarix: 27 Mart 2020 17:39

Milli Məclis martın 30-da keçiriləcək plenar iclasında Azərbaycanın daha bir beynəlxalq sənədə qoşulmasını müzakirə edəcək.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, "Quru limanlar haqqında Hökumətlərarası Sazişə qoşulmaq barədə" qanun layihəsi Milli Məclisin iclasının gündəliyinə daxil edilib. Qanun layihəsi bundan əvvəl parlamentin komitə iclaslarında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclasında imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə, Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir.

Eyni zamanda, sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.


Etiketlər:  Milli Məclis Azərbaycanın daha beynəlxalq sənədə qoşulmasını müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ