Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2020 17:58
"Uşaqlıqdan "Milan" azarkeşiyəm. Həmişə bu komanda üçün ən yaxşısını etməyə çalışmışam".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Milan"ın qapıçısı Canluici Donnarumma İtaliya mətbuatına açıqlamasında deyib.
Rəqibin təhlükəli hücumçuları haqda danışan qolkiper ən çəkindiyi forvardın "Yuventus"un üzvü Kriştianu Ronaldu olduğunu bildirib:
"Hər zaman inkişaf etmək və mümkün qədər az qol buraxmağı düşünürəm. Ağlımdakı yalnız budur. Təbii ki, rəqib forvardlar da bunun əksini fikirləşir. Bu günə qədər bir çox təhlükəli hücumçuya qarşı oynamışam. Ancaq ən qorxduğum Ronaldudur".