Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Tarix: 28 Mart 2020 07:20

Bakı. Trend:

Koronavirusa yoluxmuş ilk xəstə bu gün Ammanda Şahzadə Həmzə adına xəstəxanada vəfat edib.

Trend-in məlumatına görə, bu barədə xəstəxananın baş həkimi Abdel Razzak əl-Haşman deyib.

Onun sözlərinə görə, şiddətli zəhərlənmə nəticəsində bədəni zəifləyən 83 yaşlı iordaniyalı qadın koronavirusdan ölüb.

Həkim bildirib ki, qadın əvvəllər yoluxduğu xüsusi bir klinikadan xəstəxanaya çatdırılıb.

Martın 27-də Krallığın səhiyyə naziri Saad Caber ölkədə infeksiyaya yoluxanların sayının son günlərdə 237 nəfərə qədər yüksəldiyini deyib.


Etiketlər:  İordaniyada koronavirusdan ölüm hadisəsi qeydə alınıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ