Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldodan daha bir xeyirxah addım

Ronaldodan daha bir xeyirxah addım

Tarix: 28 Mart 2020 10:08

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo daha bir xeyirxah addım atıb.

Qol.az “A Bola”ya istinadən yazır ki, futbolçu vətəni Portuqaliyada koronavirus pandemiyasına qarşı mübarizəyə növbəti dəfə dəstək verib. O, ağ ciyərlər üçün 5 süni ventilyasiya aparatı alaraq xəstəxanalara hədiyyə edib. Madeyra bölgəsinin tibb üzrə katibi Pedro Ramos məlumatı təsdiqləyib və futbolçu əməkdaşlığı davam etdirmək üçün danışıqları davam etdirdilərini söyləyib.

Xatırladaq ki, hazırda Ronaldo ailəsi ilə birgə Madeyrada ev şəraitində karantindədir.

 

 


Etiketlər:  Ronaldodan daha bir xeyirxah addım


RƏYLƏR