Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərdar Cəlaloğlu: ''Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz''

Sərdar Cəlaloğlu: ''Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz''

Tarix: 28 Mart 2020 12:15

Qanun qarşısında hamı bərabərdir. Xüsusən də müxalifət cəbhəsi qanunlara, Konstitusiyaya hörmət etməlidir ki, sonra hansısa qanun pozuntusunda kiməsə irad tutmaq haqqı olsun.

Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Tofiq Yaqublunun həbsinə dair açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz:

"O, tamamilə yanlış davranış nümayiş etdirib. Mən dəfələrlə bənzər situasiyaya düşəndə həmişə özümdə səhv axtarmışam, günah qarşımdakında olsa belə üzr istəməyə, məsuliyyəti boynuma almağa çalışmışam. Biz müxalifət cəbhəsi olaraq öz davranışlarımıza diqqət yetirməli, gündəlik həyatımızda da xalqımıza olan səmimiliyimizi, məhəbəttimizi ortaya qoymalıyıq. Mən Tofiq Yaqublunun hərəkətinə heç bir formada haqq qazandırmıram".

S.Cəlaloğlu bildirib ki, hazırda iqtidar müxalifətlə yeni siyasi konfiqurasiya qurmaq istiqamətində işlər aparır:

"Düşünürəm ki, bu siyasi münasibətləri yeni səviyyəyə qaldırmaq üçün iqtidar bu məsələ istiqamətində də məqbul addımlar ata bilər. Birmənalı şəkildə qanunlara, Konstitusiyaya həm müxalifət, həm də iqtidar cəbhəsi hörmətlə yanaşmalıdır".

Xatırladaq ki, martın 22-i günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Yaqublu Tofiq Rəşid oğlunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Cəbrayılov Elxan Səttar oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə toqquşub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə təqsirləndirilən şəxs paytaxt sakini Tofiq Yaqublunun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Etiketlər:  Sərdar Cəlaloğlu Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ