Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 13:10
“Sabah“ Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə keçirdiyi 9 ev oyununu ümumilikdə 11950 tamaşaçı (hər oyuna orta hesabla 1328) izləyib.
Qol.az xəbər verir ki, bu, cari mövsümdə qeydə alınmış ikinci ən yaxşı göstəricidir.
Masazır təmsilçisi ev oyunlarında ən çox tamaşaçı dekabrın 2-də keçirilmiş “Qarabağ”la qarşılaşmada (3000), ən az isə sentyabrın 29-da “Səbail”lə matçda (300) qeydə alınıb. Masazırdakı qarşılaşmalarda qeydə alınmış azarkeş sayı:
“Keşlə” 0:1 (1500 tamaşaçı)
“Qəbələ” 0:1 (1000)
“Səbail” 3:0 (300)
“Zirə” 2:2 (750)
“Sumqayıt” 1:3 (2000)
“Qarabağ” 0:1 (3000)
“Neftçi” 0:2 (2000)
“Qəbələ” 3:2 (400)
“Səbail” 0:0 (1000)