Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2020 15:24
Dopinq diskvalifikasiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarını buraxmalı olan idmançılar cəzası başa çatdıqdan sonra təxirə salınan yarışda iştirak edə biləcəklər.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Ümumdünya Antidopinq Agentliyinin (WADA) prezident Vitold Banka açıqlayıb.
O bildirib ki, cəzalar müəyyən müddəti əhatə edir və konkret turnirlər, onların baş tutub-tutmamasından asılı deyil. Banka arıq narazılıqlara başlayan təmiz idmançıların iradlarını cavablandırıb: "Biz hüquqi cəhətdən cəza müddətini artıra bilmərik. Amma bunun təmiz idmançılar üçün problem yarada bilməsi fikri ilə razıyam".
Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio Olimpiadası koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.