Tarix: 21 Aprel 2019 22:28
Yunanıstan Superliqasında 2018-2019 mövsümün qalibi müəyyənləşib.Qol.az-ın məlumatına görə, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Pedro Enrikenin çıxış etdiyi PAOK 34 ildən sonra ilk dəfə ölkə çempionu olub. Bu gün evdə "Levadiakos"u 5:0 hesabı ilə məğlub edən Saloniki təmsilçisi xallarının sayını 77-yə çıxarıb və sona bir tur qalmış 72 xalı olan "Olimpiakos" üçün əlçatmaz olub.
Qeyd edək ki, 2017-2018 mövsümündə "Qarabağ" və "Astana"da çempionluq yaşayan Pedro müqavilə ilə məxsus olduğu PAOK-a qayıdışını da qızıl medallarla qeyd edib.