Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şevçenko Londonda karantinə alındı

Şevçenko Londonda karantinə alındı

Tarix: 29 Mart 2020 10:12

Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko Londonda karantinə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis koronavirus pandemiyasına görə bir müddət karantində qalacaq. Ukraynalı mütəxəssis "Sky Italia"ya bu barədə açıqlama verib:

"9 yaşında olarkən ölkəmdə Çernobıl faciəsi yaşanmışdı. Uzun müddət karantində qalmışdıq. Mən buna oxşar vəziyyəti, onsuz da, yaşamış insanam. Əgər axmaq addımlardan qaçsaq, koronavirusdan yayınarıq. Dünya və sakinlərini düşünməliyik. Hazırda Londondayam. 10 gün ərzində başqa yerə getmədik. İtaliyada olanlardan xəbərdaram. Oradakı insanların həyatı üçün narahatam. Ümid edirəm ki, hər şey müsbət sonluqla bitəcək. Birlikdə qalacağıq, virusdan xilas olacağıq".

Milli.Az


Etiketlər:  Şevçenko Londonda karantinə alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ