Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2020 18:54
Bakı. Trend:
Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı dövlət qurumları, özəl şirkətlər və vətəndaşlar tərəfindən vəsaitlərin köçürülməsi davam edir.
Trend-in məlumatına görə, bu məqsədlə Həştərxan İş Mərkəzi MMC də ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb. Qurum ölkəmizdə koronavirusla mübarizə üzrə təşəbbüsün başladılmasını alqışlayır, bu xəstəliyə qalib gələcəyimizə əminliyini bəyan edir.