Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır

UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır

Tarix: 30 Mart 2020 08:14

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) avqust ayında Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını keçirmək niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Sunday Times" qəzeti bildirib.

Məlumata əsasən, UEFA maliyyə səbəblərinə görə mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil, İngiltərədəki televiziya hüquqlarının satışından əldə edilən gəlir itkisi təxminən 840 milyon avro olacaq. Avqustda mövsümün sona çatması UEFA-nı növbəti mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcəyi qeyd olunur.

Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınır. Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda, Avropa Liqası mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.

Milli.Az


Etiketlər:  UEFA avrokuboklar mövsümünü avqustda başa vurmağı planlaşdırır


RƏYLƏR